-------------- GƏLMƏDİ-----------------
Elimə bahar gəldi, ömrümün yazı gəlmədi.
Gözlərim yolda qaldı, mahi-rüxsarım gəlmədi.
Yandı qəlbim fərağında, gülüstanım xəzan oldu.
Reyhani- gülşənim soldu, baği-baharım gəlmədi.
Məzlumun ahı ucaldı, kimsə yox çarə qılan.
Gözlədik şamu-səhər, sahib-zamanım gəlmədi.
Hər cümə yetişəndə, ümüd yanar könüllərdə.
İntizardan qalmadı səbrü-qərarım , gəlmədi.
Haq-nahaq bilinməyir, hamı ədalət gözləyir.
Həsrətindən soldum, yox ömrə gümanım, gəlmədi.
Göz yaşım cari olub, axdı üzarə sel kimi.
Eşqi Vilayət qəlbimdə olmuş qubarım, gəlmədi.
Dəhridə zülm oldu hakim, haqqa zəmin qalmadı.
Haqqı bərpa eyliyən ruhi-rəvanım gəlmədi.
Cəfər