Фильтр
Закреплено
546274276887
  • Класс
Fələk..

Heç daşın daş üstə qalmasın sənin
Yaman çox özünü öyürsən, fələk,
Varlıya çiynində yer eləyirsə,
Kasıbın başına döyürsən, fələk.

Yaxşı dünyamıza pislik əkirsən.
Yaxşını qırırsan, əzib tökürsən,
Namərdi ucaldıb başa çəkirsən,
Mərdin bir ucdan yeyirsən fələk...

Qayğıkeş bağmana qıymırsan barı
Qışın ortasında vermirsən qarı.
Xəsisin başından tökürsən varı,
Yetimin haqqına dəyirsən fələk..

Aqili, ailimi ucuz satırsan,
Əyrini, qulduru baha tutursan.
Ədaləti haqqı tez unudursan.
Mizan tərəzini əyirsən fələk..

Nə pisliyin varsa eylə, beləsən,
Götür zindanlara teylə, beləsən.
Nəyi səf demişəm söylə, beləsən,
De Talehə nəyi deyirsən fələk..
Xəbərin olmur sənin
(Müxəmməs)
Əzizləyib hər gecə gündə yüz yol gizlicə,
Başına dolanıram, xəbərin olmur sənin.
Öz xəlvət otağıma çəkilib xəyalınla,
Atəşinə yanıram, xəbərin olmur sənin.

Kölgəni də izləyib, gələndə sevinirəm,
Ayaq səsini belə, biləndə sevinirəm,
Həsrət məni öldürür, öləndə sevinirəm.
Sevdiyimi danıram, xəbərin olmur sənin.

Sən olmusan dünyada, dövlətim də, varım da..
Kök atmısan, bitmisən, şirin arzularımda.
Adını sayıqlayır, dilim yuxularımda,
Hər gün səni anıram, xəbərin olmur sənin.

Xəyalın kor edibdi, açammıram gözümü,
Xəyalının əlində, itirmişəm özümü.
Hər gün dua edirəm, sənə tutub üzümü,
Yoluna boylanıram, xəbərin olmur sənin...

Talehəm mən sevgini, deyəsən anlayı
  • Класс
Yenə görüşünə gəldi bu sevgi.
_________________________
Həsrətinə dayanmadı, dözmədi
Yenə görüşünə gəldi bu sevgi.
Zülümündən sitəmindən bezmədi
Yenə görüşünə gəldi bu sevgi.

Cöhrəsi kədərli, baxışı qəmli.
Qəlbi para-para gözləri nəmli.
Dodağı nəğməli əli qələmli ,
Yenə görüşünə gəldi bu sevgi.

Sadiq oldu dəyişmədi yolunu
Yerdə səni seçdi göydə ulunu.
Acdı qucağını, açdı qolunu.
Yenə görüşünə gəldi bu sevgi.

Qoyma həsrətindən sınam az zalım.
Sənsən tək gül üzlü sonam a zalım.
Qınama Talehi, qınama, zalım.
Yenə görüşünə gəldi bu sevgi.
Mələk deyirəm sənə
Günəşdən tez oyansan sənə Günəş deyərdim,
Amma gec oyanmısan, çiçək deyirəm sənə.
Öz adınla səsləyib çağırmıram mən səni
Mələk kimisən deyə, mələk deyirəm sənə.

Ruhumda yaşayırsan, canım kimisən mənim,
Ötüb gedən dəqiqəm, anım kimisən mənim.
Damarımda dövr edən, qanım kimsən mənim.
Qəlbimdə döyünürsən, ürək deyirəm sənə.

Varlığını ilahi, payıma bənzədirəm,
Hüsnünü baharıma, yayıma bənzədirəm.
Qəlbini bulağıma, çayıma bənzədirəm
Talehəm bu Dünyama bəzək deyirəm sənə
Mələk kimisən deyə, mələk deyirəm sənə
Goranboydu bu..
Şanlı tarixinə töhfələr verib.
İgidlər yetirən Goranboydu bu..
Kazımı, Göyüşü, Qatır Məmmədi..
Dünyaya gətirən Goranboydu bu..

Söyləsin sazımın gərək hər simi,
Dinləsin gələcək nəsil dərsimi.
Ələkbəri, Maşallahı, Rasimi,
Mamedi bitirən Goranboydu bu..

İçibdi əlindən ağı düşməni.
Qovub sinəsində dağı düşməni.
Vətən torpağından yağı düşməni.
Süpürüb itirən Goranboydu bu..

Yaxşının gününü yaman görəndə.
Yaxşının başında duman görəndə.
Yamana işləyən zaman görəndə.
Köksünü ötürən Goranboydu bu..

Cəfəroğlu gərək desin düzünü.
Tanıdıbdı hər tərəfə özünü..
"Qəhrəman" sözünü, "igid" sözünü..
Çiyninə götürən Goranboydu bu..
Mən sənə yar demişəm.
Mən sənə "yar" demişəm, bir gülü-Rəna demişəm.
Hüsnünə vurulmuşam, ömrümə məna demişəm.

Üz tutub tutub allahıma, təkcə səni istəmişəm.
Yoxdu qəlbimdə mənim, baqa təmənna demişəm.

Sənsiz keçən günümü, ömrümə gün saymamışam.
Nə qədər keçsə də xoş? o günə fəna demişəm.

İstəyən kimsələrə söyləmişəm, verməmişəm?
Bir ürək sahibiyəm, onu da ona demişəm..

Talehəm eşqimizə etibarla ey gözəlim,
Kərpic-kərpic qurulan, bir gözəl bina demişəm.
  • Класс
Показать ещё