Rusiyanın Qazprom şirkəti Ukrayna ilə Avropaya qaz tranziti haqqında müqaviləni 2025-ci ildə yeniləməlidir.
Lakin Ukrayna prezidenti Volodimir Zelenski buna imza atmayacağını bildirib. O, bu barədə “Financial Times” jurnalına danışıb. Deyib ki, buna heç cür razı olmayacaq.
Zelenski eyni zamanda Azərbaycan hakimiyyətini Ukrayna müharibəsindən pul qazanıb Rusiyaya ötürməkdə ittiham edib. Azərbaycanın oyun oynadığını, Rusiya qazını alıb Azərbaycan qazı adıyla satdığını, pulu isə Rusiyaya göndərdiyini dilə gətirib:
- Biz elə bir oyun oynamaq istəmirik ki, bir başqa ölkə Rusiyadan qaz alıb, sonra onu tranzit etsin, bu müharibədən qazanc əldə etməyə davam etmək və Rusiyaya pul göndərməklə eyn