Ədəbiyyatımızın incə simaları bir arada: Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Əzizə Cəfərzadə, Mədinə Gülgün. Hətta aralarında hind şairəsi, yazıçı Amrita Pritam da var.
Xalqımıza qarşı qırğınlarda ciddi rol oynamış, Maştağanın ən nüfuzlu adamlarını güllələtdirmiş Məmmədyarovun qəbri niyə Birinci Fəxri Xiyabandadır? Məmməd Məmmədyarov 1875-ci ildə Bakının Maştağa kəndində anadan olub. 1902-ci ildə Kommunist Partiyasına qəbul edilib. 1903-cü il ümumi iyul tətilinin təşkilatçısı, 1906-cı ildən Neft Sənaye Fəhlələri İttifaqı idarə heyətinin üzvü, 1917-ci ildən Bakı Sovetinin üzvü olub. 1917-ci ilin sonunda S. Martikyan, M. Plşakov, A. Baqdasarovla birlikə qırmızı qvardiyanın təşkilində fəal iştirak edib. Məmmədyarov haqqında məlumat tapmaq indi bir az çətin olsa da 1958-ci ildə nəşr olunmuş "Azərbaycan Kommunist Partiyasının tarixi" kitabının I cildinin 311-