Xumar baxışların şirin royadı, Cəmalın mehtapda parlayan aydı. Sənin gözəlliyin Allahdan paydı, Bəzənmə bu qədər,gözə gələrsən. Çiynində tellərin lay buludlardı, Balıq tək bədənin ağappaq qardı. Səni belə görən,nə bəxtiyardı, Gülmə biganəyə,sözə gələrsən. Qanadsız mələksən uça bilməzsən, Mənsiz öz bəxtini aça bilməzsən, Ovçuyam,gözümdən qaça bilməzsən, Dağlar maralısan,düzə gələrsən. Baxçadan ətirli güllər dərməyə, İpək tellərinə çələng hörməyə, Dərdindən ölənin üzün görməyə, Bir aylı gecədə bizə gələrsən!..