1. Şəhərlərin birində nə işlə məşğul olduğunu bilinməyən bir kişi var imiş. Heç yerdə işləməsə də imkanı çox yaxşı imiş. Bu vəziyyət polisləri şübhələndirir. Polis rəisi o kişini çagırıb deyir ki, boynuva al görüm sən bu qədər pulu hardan qazanırsan? Kişi də deyir ki, bəs mərc edirəm, uduram. Polis bu kişinin mərci həmişə udduğuna o qədər də inanmır. Kişi deyir istəyirsiniz, sübut edim. Polis deyir hə.2. Kişi deyir 200 manatdan mərc edirəm ki, mən öz sol gözümü öpə bilərəm. Polis rəisi buna inanmır, 200 manatı verir, deyir öp. Sən demə kişinin sol gözü protez imiş. Kişi protez gözü çixarıb öpür, sonra qoyur yerinə. Polis rəisi bir subutla kifayətlənmir. Deyir gəl bir də mərc edək. Kişi deyir