Bir neçə saatdan sonra #Bədii#Film çəkilişləri üçün daha bir xarici ölkəyə yola düşürəm. Bu filmdə antoqonistəm. Tezliklə oradakı çəkilişdən yerindən yeni kinovloqlarımı gözləyin. Ölkənin adını tapana oradan hədiyyə gətirəcəm. #FeatureFilm#Shooting#Antogonist#Welcome2026
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2026-cı Yeni ilin gəlişi münasibətilə sizi səmimi-qəlbdən təbrik edirəm! Bu əlamətdar gün dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların birliyini, milli kimliyini və ortaq dəyərlərini təcəssüm etdirir. Qoy həmrəylik ruhu bizi daha da gücləndirsin, aramızdakı bağları möhkəmləndirsin. Yeni 2026-cı il hər birinizə möhkəm can sağlığı, firavanlıq, uğurlar və yeni nailiyyətlər gətirsin. Arzularınız gerçəkləşsin, evinizə sevinc, qəlbinizə ümid dolsun. Ölkəmiz və xalqımız üçün sülh, inkişaf və parlaq gələcək ili olsun! Bayramınız mübarək, Yeni iliniz uğurlu olsun! ✨🎉 #newyear#new2026
2025-də itirdiklərim çox oldu. 10-a yaxın doğma, qohum, yaxın dost, kolleqa itirdim. Hamısı da 50 yaş civarında. Hamısı da bu gün wahtsappda yazışıb, zəngləşib, 1-2 gün sonra ölüm xəbərini eşitdiklərim. Bu il çox canlar qopardı məndən. Bu ilin tez bitməsini səbirsizliklə arzulayırdım.
Uğurlarım isə hər il olduğu kimi bu il də çox oldu. Əsaslarını qeyd edəcəm: - Oğlum universitetə qəbul oldu; - CINEMO Film Festivalını 3-cü dəfə keçirdim; - Qazaxıstanda Bədii Filmdə baş rollardan birinə çəkildim.
Unutmamış deyim ki, hər kəsin - kino və kitab camiəsinin sevimli tədbiri - Booktrailer Film Festivalını bərpa edirəm. Özü də beynəlxalq statusda. Yanvar ayından buktreylerlərin qəbuluna start verir