Zülmkarlıq haqqında hədislər
1186. Zülmkarlıqdan çəkinmək.
Quran:
«Allah-taala zalım xalqı hidayət etməz» (Bəqərə, ayə 258)
«Həqiqətən, zalımlar nicat tapmayacaqlar.» (Ənam, ayə 21, Yusif, ayə 23)
Hədis:
3873. Allahın Peyğəmbəri (s): «Zülm etməkdən çəkinin ki, qəlblərinizi viran edər.» (Kənzul-Ummal, hədis 7639)
3874. Allahın Peyğəmbəri (s): «Qiyamət günü bəndə öz yaxşı əməllərinə görə sad halda məhşər ayağına çəkilər. Bir kişi gələr və deyər: «Ey Rəbbim! Bu bəndə mənə zülm etmişdir.» Bu zaman həmin bəndənin savabından götürülər və ədalət tələb edən kişinin savablarına əlavə edilər. Bu minvalla, zülm etdiyi insanlar bir-bir gəlib öz haqlarını tələb edərlər. Axırda, bəndəyə bir savab v