,,Küsdüm səndən "
Buda sevgimizin sonu,
Alıṣdırdın qəm odunu.
Necə deyim sənə bunu..?
Küsdüm səndən!
Nə söylədin, nələr dedin,
Ürəyimə qor ələdin.
Nə elədin sən elədin.
Küsdüm səndən!
Sən neylədin,bir düṣünsən,
Gülüm, yuxumada gəlsən.
Desən: ,,Məndən küsəmmərsən ".
Küsdüm səndən!
Tək-tənhayam öz odamda,
Gecə keçir, sönür ṣamda.
Küsməyi bacarmasamda.
Küsdüm səndən!
Sıĝmayırdı yerə-göyə,
Necə qıydın bu sevgiyə..?
Özün bilirsən ki, niyə..
Küsdüm səndən!
Tahir Əsgər. Moskva 2023. Noyabr.