Bilən bilər.
Gerçəklərdən uzaq insan ,
Doğru deyil , əyri sevər.
Həqiqəti bilən, qanan ,
Zər qədrini ,zərgər bilər.
Bir insafsız yeyib yatar,
Yuxusunda, yaxşı olar .
Bir ac bəndə,sakit ağlar,
Həmən toxu ,uzaq bilər .
Həyatımız edir dəvam,
Bir vaxt gündüz,bir vaxt axsam,
Qaranlığı görmüş insan,
Yanan şamın qədrin bilər.
Alver yeri həyat hər an,
Nə qazandıq ? verdik zaman .
Ölüm anı gələn insan,
Ötən ömrün qədrin bilər .
Biz bir bəndə,həyat bostan,
Nə əkirik , çıxsın ordan?
O bibəri yeyən zaman ,
Acısını bilən bilər.
Sən bilmirsən.Qırma,qulu !
Birdən olar ALLAH dosdu.
Bir kitabın mövzusunu,
İçindəkin bilən bilər.
İstəyirik , cənnət bağı,
Ayırd edək siyah ,ağı.
Günahlardan qo