✍️SƏN VƏ MƏN✍️ Mən sənin dərdinə düçar olandan. Nə gecəm gecedir nə günüm gündür. Səndən bir balaca xahişim var. Xoş sözlərlə gəl sən məni dindir. ***** Qoy dağıdım başımdan qəmi qussəni. Bir az sevinim şadlanım şad olum. Sən məndə elə bir sarsıntı yarat. Ruhumla cismimlə dərdlərə yad olum. ***** Bu həyatı səninlə təzədən sevim. Ruhum sevinsin qəlbim şadlansın. Gəl tut əllərimdən mənə dayaq ol.
✍️SONUM OLDU✍️ Artıq təsəllisi yox ümidlərin. Edilən söylənən boşa vədlərin. Aşıb keçdiyin bütün hədlərin. Sualı məndədir cavabı səndə. ***** Ömür boyu sənə qovuşmağa can atdım. Şerimin hər sətrini səndən yaratdım. Xəyallarda sənə qovuşdum sənə çatdım. Bu ayrılığın bir tək günahı səndə . ***** Bir daha alışıb yanmaram sənin oduna. Bir vaxt öz başından tüstun çıxacaq. Sən ləkə gətir
✍️ ATASIZ DÜNYA ✍️ Qövr edir sinəmdə qövr edir ürək. Dərddən ürək deşilir ürək sızlayır. Sənsiz keçən hər zaman,hər an Ata. Ürək dayanmır dözmür hər saat ağlayır. ********* Bir dəfə sənin səsini eşitmək üçün. Bütün dünyanı sənə qurban verərdim. Əlimdə olsaydı səni yaşatmaq üçün. Ata yerinə ölərdim mən can verərdim. ********* Getdiyin yolun ger
✍️İLK MƏHƏBBƏT ✍️ İnan mənə bir ömür bəs eliyərdi. Təki sən yanımda olaydın mənim. Bütün varlığımla sənin olardım. Ruhuma ürəyimə dolaydın mənim. """"""""'''''''''''''' Sən mənim ilk eşqim ilk məhəbbətim. Mən gözümü açıb səni görmüşəm. Niyə oldun mənim əbədi həsrətim. Sən ola,ola niyə sənsiz ömur sürmüşəm. """""""""""""" Yadıma salıram ötüb keçən günləri
✍️ MÖHTAC DEYİLƏM.✍️ Mən möhtac deyiləm sənin sevginə. Sevgin təpədən dırnağa bir yalan imiş. Xəyanətin məni pis günə qoydu. Xəyanətin acısı çox yaman imiş. ***** Mən möhtac deyiləm sənin sevginə. Səni sevib ürəyimi yaralamışam. Təbibim, loğmanım sən olanmazsan. Adını ürəyimdən silmişəm qaralamışam. ***** Mən möhtac deyiləm sənin sevginə. Köksümdəki duyğuları duya bilmədin.
✍️SON ARZUM✍️ Yaman kövrəlmişəm yenə bu axşam. Yadıma ah nələr ah nələr düşür. Sənlə yaşadığımız o gözəl günlər. Gözümün önündən bir bir ötüşür. ***** Həsrətin günahını kimdə görüm mən. Mən ki,hər an əhdimə sadiq qalmışam. Neçə illərdi sənin həsrətindən. Ağlamaqdan canımı xəstə salmışam. ***** Həsrətin o qədər ağırdır sənin. Çəkməyə daha gücüm qüvvətim çatmır. Sən yaxşı bilir