Предыдущая публикация
Следующая публикация
Свернуть поиск
Сервисы VK
MailПочтаОблакоКалендарьЗаметкиVK ЗвонкиVK ПочтаТВ программаПогодаГороскопыСпортОтветыVK РекламаЛедиВКонтакте Ещё
Войти
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Больше информации
  • Главная
  • Видео
  • Группы
  • Люди
  • Публикации
  • Игры
  • Подарки
  • Поздравления
  • Рекомендации
  • Помощь
  • русский
Левая колонка
Фотография от Anar Əhəd

Anar Əhəd

Последний визит: 17 июн 2021
Фотография от Anar Əhəd
Фотография от Anar Əhəd
Фотография от Anar Əhəd
Фотография "Ey özündən bixəbər qafil, oyan.
Həqqə gəl ki, həq deyil batil, oyan.
_____________________İ.Nəsimi."
Фотография от Anar Əhəd
Фильтр
ЗаметкиУвлечения
Anar Əhəd
24 окт 2015
Bu məhərrəm yığılıb bir yerə üsyan çıxarın,
Yararaq baş gözü, al qan olaraq can çıxarın.
Mən təfəkkürdə olan zənciri qırmaqda olum,
Siz gedin məscidə zəncir vuraraq qan
çıxarın.
Nə gərək var axı, qan tökməyə dəccal yarana?
Hər məhərrəm çıxarırsız belə şeytan çıxarın.
Hüseyn oldu şəhid həq dini islam yaşasın,
Özünüzdən yeni adət, yeni dövran çıxarın.
Anarın gözləri durmaz Hüseyn ismi gələ,
Olmayanlar mənə şahid, məni duşman çıxarın.!


______________Anar Əhəd______________
Anar Əhəd
23 окт 2015
Şair təbə gəldin? Yenə ibrətlə danışma,
Gopdan bizə dəm vur, sözü hikmətlə danışma.
Dəccal gələcək, bir gözü var, damğa alında,
Aqil düşünən kəs dedi, – dəhşətlə danışma.
Bir əlləri var, şərqi tutar, qərbi tutarmış,
Gəl sən mənə əqlindəki adətlə danışma.
İnsan deyərəm hörməti hörmət, sözü sözdür,
Çatsın əli çox ölkəyə hörmətlə, danışma.
O neft çıxaran mancanağı gör necə söylər,
Bənzər dəvənin boynuna, qəflətlə danışma.
Sən indi özün azca düşün, kimdi bu dəccal?
Dillən dilə gəl, amma cəhalətlə danışma.
Sus, sus ki, Anar, çün sənə çəp – çəp
baxacaqlar,
İndən belə sən boş yerə zəhmətlə danışma.


______________Anar Əhəd______________
Anar Əhəd
20 окт 2015
Atacam boş başına daş dəyəcək qan çıxacaq,
O, daşın ağrısı candan çıxana, can çıxacaq.
Bu əsərnən elə bir damğa vurum nadana mən,
Düşəcək hər dediyim dillərə dastan çıxacaq.
Savadım yox, nə edim mən, təriqət alimi var,
Bu fikirnən yaşıyan məhşərə peşman çıxacaq.
Nə qədər sən belə getsən savadın olmıyacaq,
Səni yoldan çıxaran alim hər zaman çıxacaq.
Başıəmmaməlilər guya ki, dindən danışır,
Ürəyin qurdalasan zahirə şeytan çıxacaq.
Bu qədər bərkə gedib hər sözü gəl vermə
hədər,
Kimə təsir etsə üç – beş günə yaddan
çıxacaq.
Hələ nadan sözünün damğası üstündə, Anar,
Oxu nadan sözü bax tərsinə nadan çıxacaq.


______________Anar Əhəd______________
Anar Əhəd
20 окт 2015
Dəccal yaradır fitnə fəsad, dünya əlində,
Dünya qarışır gör necə bir qayda əlində.
Şair təbə gəlsin sözü ünvanə yetişsin,
Sözlər düzəcək, var nə qədər misra əlində.
Nəfsin cilovun vermə ki, sən badə gedərsən,
Şeytan da yolun üstə durub torba əlində.
Ey sahibi dövran, o məzarlıqda oyun var,
Allah kitabın qoymaginan molla əlində.
Bığsız uzadıb saqqalı, şalvarı qısaldıb,
Gir metroya Allah adı çək bomba əlində.
Ölkəm bəzənib bir neçə simvollu naxışla,
Can Azəribaycan ucalır bənna əlində.
Çox yazma Anar, bəsdi, başın ağrımasın qoy,
Bir gün gələcəklər qapına balta əlində.




______________Anar Əhəd______________
Anar Əhəd
19 окт 2015
HAQQI SEVƏN ÖZ HƏYATINDAN KEÇƏR
HAQSIZA HAQQ YEDDİ QATINDAN KEÇƏR. (ANAR ƏHƏD)
На этом пока всё
Войдите в ОК, чтобы посмотреть всю ленту

12

  • Ekrem Aqil official
    Ekrem Aqil official
    Геранбой
  • cingiz kerimli
    cingiz kerimli
  • E M
    Баку
  • Ekrem Aqil
    Ekrem Aqil
    Масаллы
  • Cavid Qurbanov
    Cavid Qurbanov
    Baki

11

  • Murad Ziya ve Onun Seirleri
    Murad Ziya ve Onun Seirleri
    1871 подписчик
  • 💞Duyqusal anlar📝🎶🎭💝
    💞Duyqusal anlar📝🎶🎭💝
    18669 подписчиков
  • Qəzəl və seirlər
    Qəzəl və seirlər
    515 подписчиков
  • HEÇ KİM UNUDULMUR
    HEÇ KİM UNUDULMUR
    30 подписчиков

Присоединяйтесь — мы покажем вам много интересного

Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.

Зарегистрироваться