Yalvarıram bir Allah gündə mən Azmamışam haqqın yolun dində mən Dolanıram ayrı tənha gendə mən İcazə ver qoy axtarım özümü Gözlərində ürəyində səndə mən.
Bu beş günlük fani dünya yolüstü Çox az saxlar uzərində dürüstü Kim sevindi kim incidi kim küsdü Seyr edirəm iradəni dözümü Gözlərində ürəyində səndə mən
Günlər ötür ay dolanır il yetir Yazammıram olur bəzən bir sətir Göz yaşlarım xəttim edir sil süpür Axtarıram yazdığım hər sözümü Gözlərində ürəyində səndə mən
Taleh belə qismət belə baxt belə Ömür ötür gözləyirəm səbirlə Ya biryolluq insaf edib gəl dilə Ya isnat ver qoy anlayım çözümü Gözlərində ürəyində səndə mən.