Rus çarı I Pyotr Peterburqda bir kilsəni inşa etdirir. Kilsə çox hündür olduğundan heç bir usta qülləyə xaçı sancmağa cürət etmir. Nəhayət ustalardan biri ürəklənib bunu edə biləcəyini söyləyir. Amma əvəzində Peterburqun bütün içki verən məkanlarında ömrünün sonuna qədər pulsuz içməyi tələb edir. Onun tələbini I Pyotra çatdırırlar. I Pyotr razılaşır və ona bu haqda möhürlü sənəd verir. Adam da dediyini edir, xaçı qülləyə sancır. Bundan sonra usta əlində çarın sənədi bütün içki məkanlarının zəhləsini tökməyə başlayır. Məkan sahibləri onun əlindən təngə gəlirlər. Aralarındn biri ustanın sənədini gizlicə oğurlayıb cırır. Sənədin olmadığını əllərində əsas tutaraq daha ustaya heç kim içki vermir.