Dayan, sənə sualım var...Mənsizliyin necə keçir?Nəfəs ala bilirsənmi?Axı mən idim nəfəsin.Deyirsənmi- gülürsənmi?Qalıbmı mənsiz həvəsin? Məni soruşsan, pis deyiləm.Təkcə gülüşüm əskikdir.Sevginə həris deyiləm.Qürurlusan, burnun dikdir.Dayan, bir sualım da var.Bir az şablon olsa da,Ölən o pak sevgimizinƏziz ruhu xatirinə,Doğru cavab verərdinmi?"Dünyaya bir daha gəlsən,Yenə atıb gedərdinmi?"