Gecə namazını gecənin son üçdə birində sübh azanına yaxın qılmaq tövsiyə olunur. Beləki, Hz.Rəsuli-Əkrəm(s) bir kişinin "elə bir vaxt vardırmı ki, mömin bəndə dua etdikdə duası qəbul olunsun" sualına cavab olaraq buyurur ki, bəli var və həmin vaxt gecə yarısının sübhə yaxın qalan üçdə bir hissəsidir. Gecə namazı barədə məsumlardan(ə) sayı-hesabı olmayan fəzilətlər buyrulub. Buyrulmuşdur ki, həm dünya həm də axirətin abadlığı gecə namazının əda olunmasında qərarlaşmışdır. Hz.Rəsuli-Əkrəm(s) gecə namazı barədə buyurmuşudur ki, Cəbrayıl(ə) ibadət üçün gecəni oyaq qalmağı mənə o qədər tövsiyə etdi ki, ümmətimin ən yaxşı şəxslərinin heç vaxt yatmayacağını güman etdim. Hz.İmam Sadiq(ə) gecə namazı
HZ ELININ KELAMLARI............... 1. Ədəb bu qədər kifayətdir ki sevmədiyin şeyi başqası üçün də istəməyəsən. 2. Bilmədiyin şeyi danışma, hər bildiyini də demə.Ona görə Allah təala bədəninin hər üzvünə bir hökmü vacib edib ki, qiyamət günü onlar ilə sənə dəlil gətirəcək. 3. Qeybəti dinləyən elə qeybət edən kimidir. 4. Çətinlikdə də asanlıqda da Allahdan razı ol. 5. Qəribədir: başqalarının dövlətinə, vəzifəsiə həsəd çəkirlər.Lakin onların sağlamlıqlarına isə həsəd çəkmirlər. 6. Dostuna bütün sirlərini açma, bir gün həyat onu sənə düşmən edər, peşman olarsan.Düşmənçilikdə pərdəni yırtma, bir gün gələr dostlaşarsan, xəcalət çəkərsən. 7. Yeməkdən əvvəl və sonra əlləri yumaq bərəkəti artırar. 8.