Tale sənin ilə oyun oynadı, Bəlkə də bəxt məni çəkdi sınağa. Günahın nə idi cavan yaşında, Mən səni tapşırdım qara torpaga. Gedən tabutunda getdi ürəyim, Əlimdən ömürlük aldılar səni. Qoydular əbədi, soyuq məzara, Gördü dost-tanışlar pərişan məni. Yanında gəlintək dura bilmədim, Bizimçün “Vagzalı” sədalanmadı. Arzular puç oldu, gülə bilmədim, Bilmədim nə imiş sevdanın dadı. Görərdim yuxuda səni gecələr, İndi yuxuma da gəlmirsən daha. Fələk necə qıydı, ayırdı bizi, Qalmayıb ümidim gələn sabaha. Yadigar rəsmin yox, baxam arada, Bəlkə də ovunam, tapam təsəlli. Bircə təsəllim var, o da məzarın, Gəlib baş çəkirəm, hamıya bəlli. Qəbrin mənim üçün ziyarət yeri, Burda susmağım da bir danışıqdır. Ney