Çoxdandır heç nə yazmırdım, amma nədənsə yazmaq istədim. Bəlkə də yazmağa ehtiyyac da yoxdur, amma bilmirəm, ya yolun uzunluğu yazdırır, ya olacaqların qorxusu, ya böyük bir məyusluq hissi, ya da ki "nə qədər ki, nəfəs alıram, qoy yazım yadigar qalsın" fikri. Əsas odur, düşündüklərimi, hiss etdiklərimi, ətrafımdakılarla bölüşə bilmədiklərimi yazıram. Bəzən insanlar qarşısındakı insana "sən çox yaxşı birisən" deyirlər. Görəsən, həqiqətənmi "yaxşı"dır? Ya da ki o insan hamı üçün "yaxşı" olmaq istəyirmi? Və ya bunun üçün çalışırmı? Bəlkə, yalnız biri üçün "yaxşı" olmaq istəyir? Məncə biri üçün yaxşı olmağa çalışır. Buna görə də, çoxları yaxşı olduğunu görür onun. Çox zaman da, yaxşı görünmək is