Hər səhər yuxudan erkən oyanıb,
Təqvimdəki günlərimi sayıram.
Bütün arzularım donub, dayanıb,
Ölüm, səni gözləyirəm nə vaxtdır.*****Bilirəm bir səhər qəfil gələcək,
Məni bu dünyadan aparacaqsan.
Bütün can dostlarım səndən küsəcək,
Ölüm, səni gözləyirəm nə vaxtdır!*****Əslində qorxmuram səndən, bunu bil,
Çünki, bu dünyada saf yaşamışam.
Çox uzatma bu oyunu, tez bitir,
Ölüm, səni gözləyirəm nə vaxtdır!*****Gah gecə yuxumu zəhərə qatıb,
Gah da ürəyimə ağrı verirsən.
Kişi ol, gələndə kişi kimi gəl,
Ölüm, səni gözləyirəm nə vaxtdır!*****Onsuz da qanımı zəhərləyibsən,
Canımı da günü-gündən alırsan.
Deyirsən gələcəm, səs-küy salırsan,
Ölüm, səni gözləyirəm nə vaxtdır!*****İndi də gəlmisən, ürəyimdə