MƏNİMDİ
Baxırdım zirvəli qarlı dağlara,
Gül-çiçək qoxuyan bağı mənimdi.
Şehli ot üsdündə gəzib dolaşan,
Sinəmdə döyünən özü mənimdi.
Xatırlanır yada düşür avazda,
Həsrət qoydu qovuşmağa arazda,
Mahnılar oxunur o telli sazda,
Muğamı, segahi sözü mənimdi.
Yaz gəlir təbiət gəlirki dilə,
Hər kəsə xoş gəlir sevilir belə,
Sularda qarışıb dönüllər selə,
Qəlbimə oxşayan yazı mənimdi.
Rüfət həsrətdən o, ellər necə qocalıb,
Vətən haray çəkir nisginli qalib,
Anani baladan didərgin salıb,
Şəhid olan igidlərim mənimdi.
Müəllif: RÜFƏT RAHİBOĞLU