Sevmə,gözün arxada qalmasın deyə
Gözündən yaş axar, tuta bilməzsən.
İndi rahat yatıb,durursan,ancaq
Sevsən,darıxmaqdan yata bilməzsən.
Canına dərd olar,başına bəla
Sən canın çıxdıqca sevərsən onu.
O səni düşünməz,sənsə gecələr
Yatanda yuxunda görərsən onu.
Həsrət yağış kimi yağar üstünə
Başından tökülər min bəla,min dərd.
Qocalarsan bir-iki il içində
Ya əllərin əsər,ya əyilər qədd.
İnan ki,ölərsən,qayıtmaz geri
Onsuzda ölənlə, ölünmür axı.
Xoşbəxtlik,uzaq bir yolda gizlənir
Nə qədər qaçsan da görünmür axı.
Sevmək,oyun deyil,iki nəfərlik
Gah sən uduzasan,gah o uduzsun.
Hər qadın sevəndə üzülür,ancaq
Elə bir kişi də yoxdur unutsun.