Sənə çox sevirəm deyə bilmirəm Yaman bağlanmışam niyə bilmirəm Gəlib qapını da döyə bilmirəm Sənsiz yaman darıxmışam sevgilim. Seni sevən gündən çox dəyişdim mən Sevir ya sevməyir fikirləşdim mən Səndən uzaqlarda başa düşdüm mən Sənsiz yaman darıxmışam sevgilim. Nə ömür bitməyir, nə qəm bitməyir Niyə dərd-kədərim sona yetməyir? Gecələr gözümə yuxu getməyir Sənsiz yaman darıxmışam sevgilim. Söylə ayrı qalsaq neyləyəcəm mən? Ölüncə yolunu gözləyəcəm mən Səni görən zaman söyləyəcəm mən Sənsiz yaman darıxmışam sevgilim.