Ömür edər kim ki, bu dünyada bu
dünyaya görə,
Canına verməz əziyyət, daha üqbaya
görə.
Kim ki, üqbanı xəyal zənn eləyir,
ləngiməsin,
Fikrin izah eləsin etdiyi dəvayə görə.
Çox gözəl ömr eləyərdik bu həyatda,
əfsus,
Hər ötən gün puç olur bir para ədnaya
görə.
İnsan öz xilqətinin hikmətinə qarşı
çıxır,
Sanki insan yaranıb haqq ilə qovğaya
görə.
Hər şeyi Xatəmə xatir yaradan
xilqətdə,
Xatəmi xəlq eləyib həzrəti Zəhrayə
görə.
Ol xanım – sirri-Xuda şiri-Xudanı
qorudu,
Eşq ilə etdi fəda canını Mövlaya görə.
Bizlərə gizli-nihan oldu məzarın, Ana
can,
Gəlmirik qəbrinin üstə bu müəmmayə
görə.
Əsli eşq eşqi-Xudadır, buna dözməz
hər ürək,
Ayrılar ruh bədəndən, belə sevdaya