TALEYİN HÖKMÜNƏ BATA BİLMƏRƏM. İncitsəm bir nəfər günahsız adam. O gecə sübhədək yata bilmərəm. İstərəm hamımın dadına çatam. Ancaq nə edim ki,çata bilmərəm.
Əgər fərq qoyulmur,əyriyə-düzə. Kim baxa düz keçə,kim dodaq büzə. Vicdan satılarmı əlliyə-yüzə. Vicdanı heç vədə sata bilmərəm.
Həyatda yaxşıda yamanda vardır. Yaxşını yamanı qanan da vardır. Düz yola dönənə amanda vardır. Yaxşını yaman