Sual 2: Hal-hazırda behişt və cəhənnəm mövcuddurmu?
Cavab: Əksər İslam alimlərinin fikirinə görə, hal-hazırda həm behişt, həm də cəhənnəm mövcuddur. Qurani-kərimin müxtəlif ayələrində bu fikir yetərincə aydın təsdiqlənir. «Tövbə» surəsinin 89-cu ayəsində buyurulur: «Allah onlar üçün əbədi qalacaqları, altından çaylar axan cənnətlər hazırlamışdır». Başqa bir surədə oxuyuruq: «And olsun ki, başqa bir dəfə (Məhəmməd əleyhissəlam Cəbrail mələyi) əbədi behiştdə yerləşdiyi Sidrətül-Müntəhanın yanında görmüşdür» . Qeyd edək ki, bu ayələr Peyğəmbərin (s) merac səfərinə aiddir. «Təkasur» surəsində isə belə buyurulur: «Əgər elmül-yəqinə malik olsaydınız, mütləq cəhənnəmi müşahidə edərdiniz» . Beh