Tanrı bütün ataları anaları qorusun.Bu dünyadan köçənlərə isə Tanrı rəhmət etsin!
Dünya dönür,ay dolanır il keçir,
Atam-anam göz önündə qocalır!
Yanır qəlbim ey yaradan gəl keçir,
Atam-anam göz önündə qocalır!
Baxıram ki,ömür keçir tən düşür,
Gözlərimə duman gəlir çən düşür,
Saçlarıma xırda-xırda dən düşür,
Atam-anam göz önündə qocalır!
Yarpaq-yarpaq tökülürəm günbə-gün,
Varaq-varaq sökülürəm günbə-gün,
Yavaş-yavaş bükülürəm günbə-gün,
Atam-anam göz önündə qocalır!
Üzür məni bu niskilim gülmürəm,
Selə dönür göz yaşlarım silmirəm,
Sirri nədir anlamıram bilmirəm,
Atam-anam göz önündə qocalır!
Kərpic-kərpic söküldükcə qalalar,
Zaman bizi aram-aram malalar,
Böyüdükcə göz önündə balalar,
Ata