Başını dik saxla,gözlərimə bax, Sənə gəlmirəmmi tanış,sevgilim? Belə sakit qalma,cavab ver mənə, Susmaq acizlikdir,danış sevgilim... Yox,yox...Demirəm "Bağışla" sənə, Baxmıram gileyli baxışla sənə, Bir məktub göndərdim yağışla sənə, Dinlə gör nə deyir yağış,sevgilim, Susmaq acizlikdir,danış sevgilim...