Uzun müddət fasilədən sonra
" Həyat mübarizədir " silsiləsindən!
Eylədikcə, e y l ə çəkim,
Zülüm sənin acığına.
Solur solsun, birdə əkim
Gülüm, sənin acığına.
Fil yükünü yükləsəndə
Yormaq üçün təkləsəndə
Qəm kökünə kökləsəndə
Gülüm sənin acığına.
Bu eşq məni yaxsa belə,
Yüz ildırım çaxsa belə,
Dönməyəcəm çıxsa belə,
Külüm sənin a c ı ğ ı na.
Məhəmmədəm yoxsa suçum,
Nədən qorxum, nədən qaçım!
Gəlir, gəlsin! qucaq açım,
Ö l ü m sənin a c ı ğ ı n a.
27-01-19