Mən sabahla bağlı planlar qurmuram, həyat hara axdı, ora üzürəm. mən bir paltarı bir dəfə geyinib çıxartmıram, süzülür, rəngi gedir, həyat özü çıxarır əynimidən...Mən bu ölkədə "yaşıya-yaşıya" buralardan getməyin yolunu axtarıram, biraz yorğun və birazda sonsuz insanların dünyaya gətirmək istədiyi uşaq kimiyəm...
Kədərlənirsən : "Fikir vermə" deyirlər... Hirslənirsən : "Dəyməz" deyirlər... Susursan : "İki kəlmə söz danış" deyirlər... Hörmət edirsən : "Başına çıxardın" deyirlər... Qışqırırsan : "Sakit ol" deyirlər... Ağlı başında davranırsan : "Bu qədər sakit olmaq olmaz" deyirlər... Ölsək nə deyəcəklər ? Böyük ehtimalla : "Ölüm sənə yaraşmadı"... Yəni qısası dirimizi bəyənmədilər ki, ölümüzü bəyənsinlər ...