Öz nəfsinə dünyada kim uymuş - ona bir quş,
Qonşu ac ikən, badə edər nuş - ona bir quş.Kim xalqına bir parça çörək versə, oğuldur,
Vəd ilə edər, kim onu bihuş - ona bir quş.Millət təmiz olmaz, qatıla zatına aşqar,
Şirin südə vursan mayanı turş - ona bir quş.Hər kim ki, qiyamət gününə şəkk eləyibdir,
Allahı atıb, iblisi tutmuş - ona bir quş.Quşlarda niyabətli olub, daima bayquş,
İnsanda ola xisləti-bayquş - ona bir quş.Enlik ilə kirşan, qadın üçün olub icad,
Kim kipriyə bir bankə vurar tuş - ona bir quş.Pünhan, elə dost axtar özünçün sənə layiq,
Dostun sənə olmazsa əgər tuş - ona bir quş.