Kimə Güvənim
Allah Bu Nə Sınaq Nə İmtahandır,
Sabahma Şübhələr Yıxır Dünənim.
Qəlbim Param-parça Gözlərimdə Nəm,
Mən Kimə İnanım Kİmə Güvənim?
Çaqqal Tək Pusquda Yatanlarım Çox,
Üstümə Şər Böhtan Atanlarım Çox,
Bir Dənə Dostum Yox Satanlarım Çox,
Mən Kimə İnanım Kimə Güvənim?
Qarışmışıq Hər Günaha Dünyada,
Zibili Zərindən Baha Dünyada.
İnsan Qalıbmıki Daha Dünyada,
Mən kimə İnanım Kimə Güvənim?
Səndən Qeyrisinə Yoxdur Gümanım,
Sənədir Hər Duam Sədam Amanım.
Raqifəm Bilinmir Yadım Yamanım,
Mən Kimə İnanım Kimə Güvənim?