Şəkildə gördüyünüz bu qadın Mehdiyeva Gülnaz Şakir qızıdır. Onun həyat yoldaşı Qarabağ müharibəsi zamanı şəhid olur. Tək-tənha övladları ilə birlikdə Zəngilan rayonunun Bəsit çayın sahilində yerləşən Rəzdərə (Rizədərə) kəndində öz evində qalmağa, öz yurdu uğrunda döyüşməyə davam edir. O son nəfəsinə qədər düşmənə təslim olmur, öz evini qorumaq üçün işğalçı ermənilərlə təkbaşına döyüşür və sonda qəhrəmancasına şəhid olur.
Uşaqları ermənilər tərəfindən əsir götürülür. Gülnaz xanımın övladları yalnız 1995-ci ildə Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə əsirlikdən azad edilir.
Foto 1993-cü ilin oktyabr ayında mühasirədə olan Zəngilan rayonunun Rəz