Mən olmayandan sonra nə olacaq? Sadəcə mən olmayacam. Hamı yenə işə gedəcək - aralarında mən yox, avtobuslarda basa bas olacaq - mən bundan əziyyət çəkməyəcəm, yollarda tıxac - buna əsəbləşməyəcəm, toylar olacaq - mən oynamayacam, Dünya Çempionatı keçiriləcək - mən baxa bilməyəcəm, PlayStation 5 çıxacaq - mən görməyəcəm, dostlar yığışacaq - mən orda gülməyəcəm, uşaqlar danışmağa başlayacaq - mən eşitməyəcəm. Əslində fikirləşəndə çox qəribədir. Təsəvvür elə, sənin telefonun, yazdığın smslər, evə səhər aldığın çörək, oxuyub qurtarmadığın kitab, facebook profilin, cibindəki 7 manat pul, corabların var.. amma sən yoxsan. Əgər bir nəfər səni axtarsa sadəcə tapmayacaq. Evdə yoxsan, şəhərdə gəzmirs