Mütləq oxuyun Körpə ana bətnində Allahdan soruşur: - İlahi, mənim yeməyim, içməyim, havam göbəyimlə gəlir. Mənə verdiyin ağız, burun niyə lazımdı? Mənə ayaqlar vermisən. Bu balaca yerdə onlar mənim nəyimə gərəkdir? Əllər vermisən. Onlarla nəyi tutacağam? Gözlər vermisən. Bir haldakı hər tərəf qaranlıqdır. Onlarla hara baxacağam? Qulaqlar vermisən. Onlarla nəyi eşidəcəyəm? Mənə gərək olan bir tək göbəyim deyilmi? O, mənim bütün ehtiyaclarımı ödəmirmi?Allah cavab verir: - Tələsmə, insan övladı! Bir müddətdən sonra səni elə bir dünyaya aparacağam ki, bugün lazımsız bildiyin şeylər orada sənin ən zəruri orqanlarına çevriləcəklər. Bugün gərəkli hesab etdiyin göbəyi isə kəsib tullantı kimi torpaqd