Etdiyin ziyarəti, qıldığın namazı, söylədiyin zikri, yerinə yetirdiyin ibadəti növbəti ziyarətə, namaza, zikrə və ibadətə kimi qoru, onları zay etmə. Yəni onların savabının davamlı olmasını təmin et. Bu gözəl əməlləri etməklə qazandığın ucalığı, savabı itirmə! Günah etmədən, yersiz mübahisəyə qoşulmadan, qeybət, söyüş, yalan danışmadan özünü növbəti namaza, zikrə, ziyarətə kimi çatdırmağı bacar. Bunu edə bilsən, hər zaman ibadət halında olmuş sayılarsan, hər günün və hər saatın namaz, ziyarət və zikr olar. Allah bizdən bir an sonranın ibadətini qabaqcadan tələb etmir. Amma biz bir il sonranın ruzisini Allahdan indi tələb edirik. Əgər bir evin nökəri o evdə illərlə yaşayıb çörək yesə, amma gü