Fasebookda Goyler ve goylerliler sehifesinde yayimlanmish megaleni siz ile paylasiram.
Hər birimizin ömrü bir yerdə başlayıb bir yerdə tamamlanır. Ömrümüzün harada tamamlanmasından asılı olmayaraq hər bir Göylərli imkan daxilində öz kəndində dəfn olunur. Bizim kəndin ən gözəl adətlərindən biri də kəndə bağlılığımızdır, dünyanın harasını gəzsək də, dolansaq da son dayanacağımız Göylər qəbiristanlığı olur. Gözəl mənzərəli Sarıtəpə. Hər bir yerin, hər bir evin ilk sakini olduğu kimi, Sarıtəpənin də ilk sakini olub. Vaxtımız çatıb ora gedəndə bizim hər birimizi o qarşılayacaq, hər birimizə o xoş gəldin deyəcək. Biz hər birimiz ona qonşu düşəcəyik.