BAĞIŞLA!
Elə baxma, yad olmuşuq daha biz,
Sənsizliklə göz-gözəyəm, bağışla!...
Duyğularım xilaf çıxır ağlıma,
Vicdanımla üz-üzəyəm bağışla!
Bu ən dərin yarasıdı sevdanın,
Parçasıdı-parasıdı sevdanın...
Çəkdiyimiz "qara"sıdı sevdanın,
Kölgəsilə diz-dizəyəm, bağışla!
Bu "günah"dan get təmizlən, get arın,
Elə bil ki, nə sevginəm, nə yarın.
Taleyinə yön vermisən Yaşarın,
Qismətilə iz-izəyəm, bağışla!...
Yaşar QAFQAZLI
Dorsten (Almaniya)
02.01.2026