İlk hərbi nazirimizin məzarı tapıldı. Uzun sürən axtarışlardan sonra görkəmli dövlət xadimi, Qarabağın general-qubernatoru, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Xosrov Paşa bəy oğlu Sultanovun məzarı tapılıb.
Bu barədə Xosrov bəy Sultanovun mənsub olduğu nəslin nümayəndəsi, araşdırmaçı, doktor Orxan Cəbrayıl məlumat verib.
Orxan Cəbrayıl bildirib ki, Xosrov bəy Sultanov 1943-cü ildə İstanbul şəhərində vəfat edib, qəbri Feriköy məzarlığındadır. Azərbaycanın dövlətçilk tarixinə adı qızıl hərflərlə yazılmış Xosrov bəy Sultanov haqqında qısa məlumatı oxuculara təqdim edirik. Xosrov bəy Sultanov 1879-cu il may ayının 10-da Zəngəzur qəzasının Hacısamlı nahiyəsinin Qasımuşağı obasının