Sən gedəli kədər oldu hər ilim.
Bahar çağı buza döndü mənzilim.
Hər gün deyil, hər an deyil sevgilim.
Aram-aram,zaman-zaman darıxdım.
Bal yerinə hər gün zəhər yesəmdə.
Haqqım yoxdu talehimə küsəmdə.
Unutmuşam, unudacam desemdə.
Xatirələr vermir aman, darıxdım.
Çox istədim qayıdam o çağlara.
Həsrət qaldım gül,çiçəkli bağlara.
İnandiğim, güvəndiyim dağlara.
Yağdı yağış, çökdü duman darıxdim.
Göz yaşlarım süzülərkən üzümə.
Xəyal olub görünürsən gözümə.
Səni deyib qapananda özümə.
Bir az nəsə bu gün yaman darıxdım.
Bel bağladım saf sevdaya inamla.
Sevgimizi yaşatmadım gümanla.
Düşündüm ki,unudaram zamanla.
Doğrularım oldu yalan, darıxdım.
İllər oldu ürəyimə batan ox.
Əvvəlləri darıxmazdım b