Azərbaycan Milli Ordusunun zabiti, peşəkar tankçı. Cəmşid Naxçıvanski adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirdikdən sonra Kazan Ali Tank Qoşunları Məktəbində təhsil almış, daha sonra Kiyev və Moskva şəhərlərində SSRİ Silahlı Qüvvələrinin tank diviziyalarında xidmət etmişdir.
Qarabağ müharibəsi başladıqdan sonra Vətənə qayıdaraq döyüşlərə qatılmış, Şuşanın müdafiəsi, Ağdam istiqamətində aparılan hərbi əməliyyatlar və Laçın dəhlizi uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Döyüşlər zamanı dəfələrlə yaralanmasına baxmayaraq, müalicəsini yarımçıq qoyaraq yenidən cəbhəyə qayıtmışdır. Bir sıra əməliyyatlarda düşmənin canlı qüvvəsinə və hərbi texnik