Bülbüləm
yatıram, gülün qoynunda,
Taleh
bir gün ordan aralar məni.
Bir
müşgül xəstəyəm, çarəsiz, naçar
Yıxıbdı
sağalmaz yaralar məni.
Dünya
mənim üçün dönüb zindana,
Əzablar
əlindən doymuşam cana.
Ehtibarım
yoxdu zalım zamana,
Bir
gün varağından qaralar məni.
Göz
açdım dünyada olmadım rahat,
Ağladım
narahat, güldüm narahat,
Edilxanam,
bir gün bu zalım həyat,
Ölüm
cərgəsinə sıralar məni.