HƏZRƏT MÜSLÜMÜN (əleyhis-salam) BALALARI
Çəkmə xəncər olma qatil, (2) bu iki nalanə Haris
Vəhşətə salma yetimik, (2) gəlmişik əfğanə Haris
***
Qönçə tək badi-xəzandan,[503] açmamış solduq çəməndə
Çıxmamış səyyad əlindən, tazədən düşdük kəməndə
Bir vəfalı bacımız var, indi yol gözlər vətəndə
Gəl bizi azad elə bax, Həzrət Sübhanə[504] Haris
***
Vurmusan şiddətlə sili, zülm əliylə gül üzümdən
Zərbi-silidən rəvandır, qanlı yaş ağlar gözümdən
Qorxudan titrir vücudim, çəkmişəm əl öz-özümdən
Əl götür bizdən səni ey, rüfqətə[505] Qurana, Haris
***
Bu vilayətdə qəribik, bir nəfər yox aşinamız
Həm səğirik, həm qəribik, həm gedib əldən atamız
Gözləri yaşlı vətəndə, indi yol gözlür anamız
Suzi-ahimdən[5