.Abadan kənd tüstüsündən bəlli olar.Abbas Abbasdan, Abbas da kor Abbasdan.Abbasını bəyənməyən beş şahı çıxardar.Abdaldan paşa olmaz, taxtadan maşa.Abdal at mindi, özün bəy sandı.Abdal düyündən, uşaq oyundan usanmaz.Abır istəsən çox demə, sağlıq istəsən çox yemə.Abır harda, çörək orda.Ac acı dalayar, tox toxu yalayar.Ac adam özünü oda vurar.Ac adamı qurd yeməz.Ac ayı oynamaz.Ac əlinə düşəni yeyər, tox ağzına gələni deyər.Ac it gəlmiş, tox itin dalın yalayar.Ac toyuq yuxusunda darı görər.Aca doqquz yorğan bürüyüblər, genə yuxulaya bilməyib.Aca nə halal, nə haram?!Acı dindirmə, toxu tərpətmə.Acın andı and olmaz.Acın gözü çörək təknəsində olar.Acın imanı olmaz,