Bir daha mən Sənə dönən deyiləm.
Əziyyət çəkirəm Sənin sözündən,
Xoşbətlik, səadət qaçıb üzümdən,
Elə düşmüsən ki, mənim gözümdən,
Bir daha mən Sənə dönən deyiləm.
Deyirsən sevirəm səndən özgəsin,
Kədər mənim olsun, sevincsə sənin,
Ürəyimə yara vurdu bu xəyanətin,
Bir daha mən Sənə dönən deyiləm.
Həsrətindən saçlarıma dən düşüb,
Ayrılıqdan belim yaman bükülüb,
Nəmli gözlərimdə yaşda quruyub,
Bir daha mən Sənə dönən deyiləm.
Qayıdıb gəlmisən yenə sən mənə,
Süzgün baxışla baxma sən mənə,
Ağlasan, sızlasan, diz çöksən yenə,
Bir daha mən Sənə dönən deyiləm.
Unutmaq olsada mənə çox çətin,
Ömürlük dostumdur kədərin,qəmin,
Mənim sənə budur son sözüm,
Bir daha mən