Meracdan döndükdən sonra Rəsulullah (s), əshabi-süffənin qapısına gəldi. “Qırxlar” orada söhbət edirdilər. Rəsulullah (s) qapını döydü. İçəridən: “Kimsən, nədir istəyin?" Rəsulullah (s): “Peyğəmbərəm, açın qapını, içəri girim, siz cəm əhlinin cəmalını görüm”-dedi. İçəridəkilər: “Bizim aramıza Peyğəmbər sığmaz. Yaxşı olar, peyğəmbərliyini ümmətinə elan edəsən” dedilər. Allah Elçisi bunu eşidib dərhal geri döndü. Haqq-Təaladan nida gəldi ki,: “Ya Muhəmməd, o qapıya qayıt”. Rəsulullah (s) İlahi səsi eşidib dərhal geri döndü və yenidən həmin qapını döydü. Yenə soruşdular ki, kimsən? Rəsulullah (s) dedi: "Sirrul Qəyyum, hadimül fıkarayam:" (Yoxsulların xidmətçisi olduğunu söyləyən Peyğəmbərin o