Əzəldən olmayıb, olmayacaq da,
İnsafı, mürvəti bu insanların.
İşi bir-birinə düşməsə, olmur
Bir-birnə hörməti bu insanların.
Yaradan nadanı nahaq yaradır,
Hiyləgər yaramaz, yaltaq yaradır.
Araya qan salıb, nifaq yaradır,
Bir-birinə nifrəti bu insanların.
Haray ki, darıxıb dırmaşıb dağa,
Haqqı var dünyaya haray salmağa,
Əcəlin əlindən bir can almağa
Bəs hanı cürəti bu insanların?
Fəxrəddin Haray 7.02.2010