Əslində, qadının böyüklüyü tam fərqli mənada səslənir. "Filankəs böyük kişidi" deyimində onun cüssəli olması nəzərdə tutulsa da, böyük qadın ifadəsi həqiqətən də, böyüklüyün, zirvənin təcəssümüdür. Kişinin nə qədər şərəfli və ləyaqətli olması onu yaxşı mənada fərqləndirirsə, qadının da daxilindəki "kişilik" simvolu zərif cinsi fərqləndirir. Və tam məsuliyyətlə deyirəm, qadında olmalı olan "kişiliyin" kişi cinsinə heç bir aidiyyatı yoxdu. Dədə babalarımızdan qeyrət, namus, əxlaq, mərdlik kimi parametrləri özündə cəmləşdirən "kişilik" hər kəsdə olmalıdı. Ağlama atam balası, kişilər ağlamaz. Tanış mənzərədi, deyilmi? Kişilər niyə ağlamaz ki? Kişilərin üyində kövrəklik və mərhəmət olmamalıdımı?