Hardasan, könül yiyəsi?
Ulduzlar sökülüb gəlir,
Buludlar bükülüb gəlir.
Ah olub tökülüb gəlir
Lələk-lələk durna səsi
Hardasan, könül yiyəsi?
* * *
Dan yerində can sıxılır,
Nar ürəkdən qan sıxılır.
Hər saat, hər an yıxılır
Tacı-taxtı, bünövrəsi,
Hardasan, könül yiyəsi?
* * *
Sevgiyə dön, eşqə boyan,
Məcnun olmaz eşqə doyan.
Bağrımın başını oyan
Ayrılıq neştər tiyəsi,
Hardasan, könül yiyəsi?
* * *
Ay baharım, çiçək nazım,
Zimistana döndü yazım.
Sinəmin üstündə sazım,
Kərəmin ağlar Lələsi
Hardasan, könül, yiyəsi?
* * *
Könlüm nədi — dağ lalası,
Ləçəyində şeh nalası.
Yetim qalan quş balası,
Yurd-yuvasın