Hava limanının gözləmə salonunda, gənc bir qadın təyyarəsinə minmək üçün gözləyirdi. Təyyarənin hərəkətinə xeyli vaxt qaldığından zaman keçirmək üçün bir kitab və bir paket kiçik peçenye satın aldı. İstirahət etmək və kitabını oxumaq üçün VIP salonunda bir kresloda əyləşdi.Kitabı oxumağa başladı. Yanındakı kresloya bir adam oturdu, jurnalını açıb oxumağa başladı. Gənc qadın ilk peçenyeni götürdü. Adam da bir dənə götürdü. Qadın özünü çox narahat hiss etdi.Qadın hər peçenye götürdükçə, adam da bir dənə götürürdü. Dəli olacaq kimi idi qadın amma hadisə çıxarmaq istəmirdi. Nəhayət son peçenye qalanda qadın: “ Bu həyasız adam indi nə edəcək?” deyə düşündü. Adam son peçenyeni götürdü, onu ikiyə b