20 YANVAR bir millət olaraq,müasir tariximizin ən şərəfli qəhrəmanlıq səhifələrindən biridir.
Bu gündə xalqımız əliyalın tankların qarşısına çıxaraq,şəhidlər verərək, bütün dünyaya öz azadlığı uğrunda mübarizədə nə qədər qətiyyətli olduğunu göstərdi.
22 yanvar günü isə milyonlarla insanın heç nədən qorxmayaraq öz şəhidlərinin son mənzilə salınmasında izdihamlı iştirakı ,bu xalqın ruhunun sınmadığının,əksinə daha da mübariz olduğunun nümunəsi idi.
20 YANVAR təkcə Azərbaycan tarixində yox,həm də dünyada imperializmə qarşı aparılan mübarizə nümunəsi idi.
Bu gün sovet imperiyasının bel sütunun sındığı gün oldu.Azərbaycan xalqının mübarizliyi və qətiyyəti imperiyanın çöküşünü sürətləndirdi və